METBUAT.AZ

Ölkə

Yaxın günlərdə Laçına növbəti köç olacaq

11 İyul 2024 14:33

Böyük Qayıdış proqramına əsasən Laçın şəhəri, Sus, Zabux və Qarıkaha kəndi tamamilə hazırdır.

Metbuat.az xəbər verir ki, bunu Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Hüseyn Quliyev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, kəndlər üzrə sakinlərin köçünün mütləq əksəriyyəti tamamlanıb:

"Laçın şəhəri üzrə köçün növbəti mərhələsi isə yaxın günlərdə həyata keçiriləcək".


metbuat.az.