METBUAT.AZ

Maraqlı

Yaxın vaxtda xoş xəbər alacaq üç bürc

3 İyul 2024 10:24

Astroloqlara görə, iyul ayının ilk günlərində bəzi bürclər sevindirici xəbərlər ala bilərlər.

Metbuat.az xarici mediaya istinadən həmin bürcləri təqdim edir:

Balıqlar - qarşıdakı günlər iş və biznesdə yaxşı hadisələrlə yadda qalacaq. Bir müddətdir üzərində çalışdığınız layihələrin təqdimatı üçün əsl fürsətdir. Eşidəcəyiniz xoş xəbərlər iş həyatında bir çox probleminizi nizama salacaq.

Dolça - şəxsi münasibətlərdə uğurlu günlərə qədəm qoyursunuz. Eşq həyatında axtardığınız adamla məhz bu müddətdə qarşılaşa bilərsiniz. Yeni münasibətlərə başlamaq üçün də yaxşı vaxtdır. Arzusunda olduğunuz xəbərlər eşidə bilərsiniz.

Şir - yaxın günlərdə maddi vəziyyətinizi düzəltmək üçün fürsətlər yaranacaq. Yaxşı iş təklifləri ola bilər. Yetər ki, bu təklifləri dəyərləndirməyi bacarasınız.


metbuat.az.