17 İyul 2024 12:27
Ukraynanın əfsanəvi futbolçusu Andriy Şevçenko Türkiyənin AVRO-2024-dəki çıxışı və Arda Güler haqqında diqqətçəkən açıqlamalar verib.
Metbuat.az xəbər verir ki, turnir haqqında danışan əfsanəvi oyunçu, "Turnirdə yadda qalan çox şeylər var. Çox gözəl ab-hava var idi, stadionlar dolu idi, müxtəlif ölkələrdən çoxlu idmansevərlər gəlmişdi. Turnir boyu insanlar böyük həyəcan yaşadı” deyə bildirib.
Türkiyənin baş məşqçisi Montellanın yaxşı iş gördüyünü deyən Şevçenko, "Məncə, Montella kifayət qədər yaxşı iş gördü. Məncə Türkiyə milli komandası uğurlu oldu. Montella kritik bir dövrdə komandanı götürdü və qısa müddətdə yaxşı işlər gördüyünü düşünürəm. Çox dəyərli oyunçuları var. Onlardan biri də böyük istedadı olan Arda Gülerdir. Onun hər kəsi heyran edən oyun tərzi və texnikası var. Yeni ulduzun doğulduğunu deyə bilərik" deyə qeyd edib.