METBUAT.AZ

İdman

"Zirə" legioner futbolçu transfer etdi

2 İyul 2024 03:18

2024/2025 mövsümünə hazırlaşan “Zirə” yeni futbolçu ilə anlaşıb.

Metbuat.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Norveçin “Jerv” klubundan Ange Mutsinzini transfer edib.

Ruandalı müdafiəçi ilə 3 illik müqavilə bağlanıb.

Qeyd edək ki, 26 yaşlı futbolçu karyerası ərzində ölkəsinin “Muhanqa”, “Rayon Sports”, APR, Portuqaliyanın “Trofense” klublarında da çıxış edib. O, Ruanda millisinin heyətində 16 matça çıxıb.


metbuat.az.