12 Avqust 2024 00:14
İranın strateji məsələlər üzrə vitse-prezidenti vəzifəsinə təyin edilən keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif istefa verib.
Metbuat.az xəbər verir ki, o, bu barədə “X” hesabında məlumat paylaşıb.
Xatırladaq ki, İran Prezidenti Məsud Pezeşkian avqustun 1-də Zərifi strateji məsələlər üzrə vitse-prezident vəzifəsinə təyin etmişdi.