METBUAT.AZ

Hadisə

20 yaşlı Loğman sükan arxasında qəfil öldü -

8 Avqust 2024 10:19

Oğuz rayonunda traktor sürücüsü qəfil ölüb.

Metbuat.az xəbər verir ki, rayonun Dəymədağlı kənd sakini 2004-cü il təvəllüdlü Məmmədli Loğman Fərman oğlu traktorla hərəkətdə olarkən vəfat edib. Sükan arxasında olan gəncin ürəktutmadan həyatını itirdiyi bildirilib.

Qeyd edək ki, avqustun 22-si Loğmanın 20 yaşı tamam olacaqmış.

Faktla bağlı araşdırma aparılır.


metbuat.az.