30 Avqust 2024 15:16
İsrail ordusunun Qəzza zolağında törətdiyi soyqırımın beynəlxalq səviyyədə pisləndiyi bir vaxtda 28 avqust-7 sentyabr tarixləri arasında keçirilən Venesiya Film Festivalında iki İsrailli filmin nümayişinə görə 300 rejissor etiraz edib.
Metbuat.az bildirir ki, etirazçılar, o cümlədən italyan rejissor Enriko Prenti, musiqiçi Alessandro Borini, aktyor Nikkolo Cini və aktrisalar Simona Cavallari və Chiara Bacchetti bəyanat yayıblar. Açıq məktubu imzalayanlar arasında tanınmış ərəb rejissoru Hani Abu Asaad və aktyor Salah Bakri ilə yanaşı, bir çox sənət adamları da var.
Yayımlanan açıq məktubda festivalın “İsrailin Fələstin xalqına etdiyi zülm”lə bağlı səssiz qaldığı bildirilir.