METBUAT.AZ

Ölkə

34 yaşlı polis qəfil vəfat etdi -

21 Avqust 2024 15:48

Ağdamda 34 yaşlı polis nəfəri vəfat edib.

Metbuat.az-ın məlumatına görə, 1990-cı il təvəllüdlü, Ağdam rayon polis şöbəsinin polis nəfəri Tural Fazil oğlu Niftəliyev ürəktutmasından dünyasını dəyişib.

Qeyd edək ki, Tural Niftəliyev xidmətdən kənar vaxtda yaşadığı evdə qəfl halı pisləşib. Onun yaşadığı ünvana təcili tibbi yardım briqadası gəlsə də, 34 yaşlı polis əməkdaşının həyatını xilas etmək mümkün olmayıb.


metbuat.az.