METBUAT.AZ

Hadisə

36 yaşlı kişi qızlara göz vurdu, həbs edildi

21 Avqust 2024 13:36

Naxçıvan Hava Limanında tanımadığı qızlara göz vuran şəxs həbs edilib.

Metbuat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 1988-ci ildə Babək rayon Cəhri kəndində anadan olmuş V.B. Bakıya gəlmək üçün gecə saatlarında hava limanına yollanıb. Hadisə də həmin vaxt baş verib.

V.B. məhkəmə ifadəsində bildirib ki, hava limanında gəzdiyi zaman bir qız görüb. Qızın üzünə pis niyyət olmadan baxıb, daha sonra anası ona yaxınlaşaraq qızına baxdığını, göz vurduğunu bildirərək onunla mübahisə edib.

Şikayətçi qadın Türkiyədə yaşadıqlarını və yetkinlik yaşına çatmayan qızları ilə Türkiyədən Naxçıvana gəldiyini bildirib. Məqsəd hava limanından Bakıya uçmaq olub. Qadın qeyd edib ki, gecə saat 04.00 radələrində qızları bir nəfərin onları narahat etdiyini deyib. Bu şəbədən qızlarının göstərdiyi adama baxıb və onun gözlərini qızlardan çəkməyərək, övladına başı ilə işarə etdiyini görüb. Bu hərəkətdən hiddətlənərək həmin şəxsə yaxınlaşıb, ona irad bildirib, həmin şəxs etdiyi hərəkəti boynuna almayıb, əksinə özünə haqq qazandırmağa çalışdığı üçün aralarında mübahisə yaranıb.

Məhkəmənin qərarı ilə V.B. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və 10 gün müddətinə inzibati qaydada həbs edilib.


metbuat.az.