METBUAT.AZ

Hadisə

45 yaşlı qadın qətlə yetirildi, oğlu saxlanıldı

20 Avqust 2024 09:05

Mingəçevirdə 45 yaşlı qadın qətlə yetirilib.

Bu barədə Metbuat.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, avqustun 20-də saat 5 radələrində Mingəçevir şəhərində 1979-cu il təvəllüdlü Çıraqova Natella Tapdıq qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə N.Çıraqovanın övladı, 2003-cü il təvəllüdlü Çıraqov Rəşad Xalid oğlu şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.


metbuat.az.