31 Avqust 2024 21:24
"Bingöl-Karlıova-Erzincan bölgəsində ən azı 7.4 bal gücündə zəlzələnin baş verə bilər. Zəlzələ an məsələsidir. 7 baldan yuxarı zəlzələ olacaq və çox dağıdıcı olacaq. Tuncelidə də zəlzələ gözlənilir".
Metbuat.az xəbər verir ki, bu sözləri zəlzələ mütəxəssisi və Yer Elmləri üzrə professor Naci Görür "Kanal Fırat" televiziyasında yayımlanan "Gündem" proqramında deyib. O, əraziləri konkret göstərməklə yaxın zamanlarda zəlzələ olacağı barədə xəbərdarlıq edib.
"Hazırda Tuncelidə zəlzələ gözləyirəm. Erzincanın şərqində Karlıova yerləşir. Bu bölgə Şimal Anadolu fayının ən şərq ucudur. Biz bu fayı Yedisu fayı adlandırırıq. Bu bölgə Erzincan və Bingölün Karlıova rayonları arasında yerləşir. Burada zəlzələ olacaq. Çox uzaq bir zamanda deyil. Əgər baş versə, 7 baldan yuxarı zəlzələ olacaq və çox dağıdıcı olacaq. O ərazidə bina və əhali sıxlığı çox olmasa da, yenə də insan itkisi ola bilər. Mənim bu xəbərdarlığımı Tunceli və həmin bölgənin valiləri ciddi qəbul etdilər. Oradakı icra başçıları ilə də danışdım və onları xəbərdar etdim. Tuncelidə hazırda işlər aparırlar.
Karlıova fay xəttinin son zəlzələsinə gətirib çıxaran faydır. Bu fay Karlıova-Bingöl-Göynük xətti boyunca uzanır. Karakoçan, oradan Elazığ, Elazığdan Malatya və Hataya qədər uzanır", - deyə zəlzələ mütəxəssisi bildirib.