METBUAT.AZ

Ölkə

76 yaşlı nənə nəvəsinin yanında canına qıydı -

19 Avqust 2024 22:49

Ağdaşda baş vermiş intihar hadisəsinin təfərrüatı məlum olub.

Metbuat.az xəbər verir ki, hadisə rayonun Qoşaqovaq kəndində qeydə alınıb. 76 yaşlı kənd sakini Vəzifə Hidan qızı Nəbiyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Yaxınları onu dərhal Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da, qadının həyatını xilas etmək mümkün olmayıb. Mərhumun oğlu, anasının psixoloji vəziyyətinin yaxşı olmadığını bildirib:

"Anam iflic olmuşdu və yeddi aydır müalicə alırdı. Çətinliklə də olsa, ayağa qalxıb yeriyirdi və özünü idarə edə bilirdi. Ancaq bəzən ağlı gedib-gəlirdi. Son vaxtlar tez-tez "ölsəydim, canım qurtarardı" deyirdi. Onun özünə qəsd edəcəyini gözləmirdik. Hadisə baş verəndə qızım, 11-ci sinifdə oxuyan nəvəm, onun yanında idi. Uşaq görüb ki, anam sirkəni nəlbəkiyə töküb içib. Onun xırıldadığını görəndə mənə zəng etdi. Mən gələndə vəziyyəti yaxşı idi. Dərhal təcili tibbi yardıma zəng vurdum, gəlib apardılar, amma onun həyatını xilas etmək mümkün olmadı".

Faktla bağlı Ağdaş Rayon Prokurorluğu araşdırma aparır.

Ətraflı Baku TV-nin süjetində:


metbuat.az.