15 Avqust 2024 11:46
Ötən gün Avropa Super Kubokunda "Atalanta"nı məğlub edən "Real Madrid" 6-cı dəfə kuboka sahib çıxıb.
Metbuat.az xəbər verir ki, türk futbolçu Arda Gülərin ikinci hissədə meydana daxil ola biləcəyi gözlənilirdi. Lakin Ançelotti onu matça poyunun sonunda - 88-ci dəqiqədə buraxıb. O, Vinisius Juniorun yerinə meydana çıxıb.
Oyundan sonra jurnalistlərə açıqlama verən "Real"ın qapıçısı Tibo Kurtua Arda barədə xoş sözlər deyib:
"O, mənim kiçik qardaşımdır. Bizim menecerlırimiz eynidir, ona görə Ardaya yardım etməyə çalışıram. Çox yaxşı insandır, özəl bir oyunçudur. Məncə "Real Madrid"də çox kuboklar qazanacaq".
Həmçinin Cudi Bellinqem də Arda barədə danışıb. O, türk futbolçunu çox sevdiyini bildirib:
"Ardanı çox sevirəm. Burada hər kəs onu çox sevir. O, ən yaxşısına layiqdir".