19 Avqust 2024 12:01
Türkiyədə azərbaycanlı iş adamı Bəxtiyar Muradova iki naməlum şəxs tərəfindən silahlı hücum edilib.
Metbuat.az "İHA"ya istinadən xəbər verir ki, hadisə Antalya şəhərində, gecə saatlarında baş verib. Hücum nəticəsində Bəxtiyar Muradovun dostu, iş adamı Diren Aygün və Mehmet Ak ayaqlarından güllə yarası alıblar. Bəxtiyar Muradov hədəf alınsa da, güllələrdən yayına bilib.
Yaralılar təcili xəstəxanaya çatdırılıblar, silahlı hücumu təşkil edən dörd nəfərdən ikisi isə saxlanılıb.
Qeyd edək ki, Bəxtiyar Muradov “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun qohumudur.