METBUAT.AZ

Dünya

ABŞ Cənubi Koreya ilə birgə hərbi təlimlər keçirəcək

12 Avqust 2024 15:13

ABŞ və Cənubi Koreya Şimali Koreyanın hücumlarına qarşı birgə hərbi təlimlər keçirəcək.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, təlimlərdə 19 minə yaxın Cənubi Koreya hərbçisinin iştirakı gözlənilir.

Hərbçilərin sözlərinə görə, bu cür təlimlər Hind-Sakit okean regionunda ən böyük təlimlərdən biridir.

Bildirilib ki, təlim avqustun 19-dan 29-dək davam edəcək.

Təlimlərə Birləşmiş Millətlər Təşkilatının Komandanlığına üzv olan ölkələr də qoşulacaq.


metbuat.az.