METBUAT.AZ

Dünya

​ABŞ-ın təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəldi

23 Avqust 2024 03:27

ABŞ-ın "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisi yerləşəcəyi Yaxın Şərqə gəlib.

Metbuat.az xəbər verir ki, F-35C və F/A-18 Blok 3 qırıcı təyyarələri ilə təchiz edilən gəmini bir sıra hərbi gəmilər müşayət edib. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasında deyilir ki, “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisi ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına daxil olub.

Qeyd edək ki, Pentaqon İranın İsrailə qarşı mümkün cavab tədbirləri ərəfəsində Birləşmiş Ştatların Yaxın Şərqə əlavə hərbi qüvvələr yerləşdirəcəyini açıqlamışdı. Müdafiə naziri Lloyd Ostin ABŞ Mərkəzi Komandanlığına aid bölgəyə "USS Georgia" sualtı qayığını da göndərdiyini bildirib.


metbuat.az.