METBUAT.AZ

Dünya

ABŞ "Meta"ya pandemiya zamanı təzyiq göstərib -

28 Avqust 2024 16:55

ABŞ hökuməti "Meta"ya COVID-19 pandemiyası zamanı bəzi məzmunları silmək və senzuraya salmaq üçün təzyiq göstərib.

Metbuat.az bildirir ki, bunu şirkətin rəhbəri Mark Zukerberq deyib. Onun sözlərinə görə, COVID-19 epidemiyası zamanı yüksək səviyyəli ABŞ hökumət rəsmiləri "Meta"ya pandemiya ilə bağlı müəyyən məzmunu silmək və ya senzuraya məruz qoymaq üçün "dəfələrlə təzyiq göstərib".

ABŞ Konqresi Komitəsinin Respublikaçılar Partiyasının sədrinə yazdığı məktubda Zukerberq qeyd edib ki, son nəticədə “məzmunu çıxarıb-çıxarmamaq” şirkətin qərarıdır.


metbuat.az.