METBUAT.AZ

Dünya

"ABŞ strateji üstünlük əldə etmək üçün bəhanə axtarır" -

22 Avqust 2024 12:59

"ABŞ strateji üstünlük əldə etmək üçün bəhanələr axtarır. Vaşinqton son illərdə Çinin nüvə təhlükəsi nəzəriyyəsini şişirdir".

Metbuat.az xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning deyib. O bildirib ki, dünyada nüvə təhlükəsinin və strateji risklərin əsas mənbəyi ABŞ-dir.

Beynəlxalq müşahidəçilərin son araşdırmalarına görə, Çində 500-ə yaxın döyüş başlığı var, bu rəqəm 2030-cu ilə qədər iki dəfə artacaq. Eyni zamanda, Çin nüvə modernləşdirilməsinin heç bir “üçüncü tərəfə” yönəlmədiyini bildirir.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden ABŞ ordusuna Rusiya, Çin və Şimali Koreya ilə mümkün koordinəli nüvə münaqişələrinə hazırlaşmağı tapşırıb. "New York Times" qəzeti mart ayında təsdiqlənmiş məxfi sənədin məzmununda ABŞ prezidenti Co Baydenin yenidən Çin təhlükəsinə diqqət yetirən gizli nüvə strategiyasını təsdiqlədiyini iddia edib. Xəbərdə Baydenin mart ayında ABŞ-ın çəkindirmə strategiyasını ilk dəfə olaraq Çinin nüvə texnologiyalarının və silahlarının sürətlə genişlənməsinə diqqət yetirmək üçün yenidən təşkil etdiyi bildirilir.


metbuat.az.