METBUAT.AZ

Dünya

Aİ Pavel Durovun həbsini şərh etməkdən imtina etdi

26 Avqust 2024 15:21

Avropa Komissiyası Telegram-ın yaradıcısı Pavel Durovun həbsinə münasibət bildirməyib.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, onlar bu prosesi milli araşdırma adlandırıblar:

"Bu, milli araşdırmadır, biz bunu şərh etmək niyyətində deyilik. Siz Fransanın hakimiyyət orqanları ilə əlaqə saxlamalısınız".

Fransa Xarici İşlər Nazirliyindən RİA Novosti-yə verilən məlumata görə, XİN ölkənin məhkəmə sisteminin prinsiplərinə uyğun olaraq vəziyyəti şərh edə bilməz.


metbuat.az.