METBUAT.AZ

Dünya

Alen Delon itlərlə birgə basdırılmağı vəsiyyət edib

19 Avqust 2024 15:25

Dünyaca məşhur fransız aktyor Alen Delonun 88 yaşında vəfat etməsindən sonra onun vəsiyyətindəki bir məqam gündəm olub.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, heyvansevər biri olaraq tanınan Alen Delon itləri ilə birgə basdırılmağı vəsiyyət edib. O bu barədə bir müsahibəsində qeyd edib:

"İtlərimlə birdə basdırılmaq istəyirəm. Başqa heç nə vecimə deyil, sadəcə onlarla birgə olmaq istəyirəm. Məni təmənnasız sevən, hər zaman yanımda olan və qarşılığında heç bir şey istəməyən tək varlıq onlar idi".

Qeyd edək ki, 1935-ci ildə doğulan Alen Delon ötən gün 88 yaşında həyatını itirib.


metbuat.az.