METBUAT.AZ

Mədəniyyət

Alen Delon vəfat etdi

18 Avqust 2024 11:26

Fransız kino sənayesinin görkəmli simalarından biri, aktyor, rejissor, prodüser və ssenarist Alen Delon 88 yaşında dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, 1935-ci ildə dünyaya gələn Alen Delon, 1957-ci ildən etibarən kino dünyasında şöhrət qazanmağa başlayıb.

O, Lukino Viskonti və Mikelancelo Antonioni kimi dahi rejissorlarla işləyib, Romi Şnayder və Jan-Pol Belmondo ilə tərəf-müqabil olub. Delon "Rokko və onun qardaşları", "Macəraaxtaranlar", "Leopard", "Samuray", "Zorro", "Qara zanbaq", "Yaramazın ölümü" kimi filmlərdə yaratdığı unudulmaz obrazlarla kino tarixində əbədi iz buraxıb.


metbuat.az.