METBUAT.AZ

Dünya

Aliment ödəməmək üçün özünü "ölü" kimi göstərdi

21 Avqust 2024 12:08

Uşağı üçün aliment ödəmək istəməyən şəxs qeyri-adi yola əl atıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ABŞ-nin Kentukki ştatında meydana gəlib. Aliment ödəmək istəməyən Jesse Kipf adlı şəxs ölmüş şəxslərin qeydiyyatda olduğu sistemi "sındırıb".

Jesse Kipf başqa bir əyalətdəki həkimin istifadəçi adını, şifrəsini oğurlayıb və həkimin bilgiləri ilə sistemə giriş edərək, özü üçün "ölüm sənədi" hazırlayıb və özünü sistemdə ölü göstərib.

Törətdiyi cinayəti qəbul edən Kipf bunu aliment üçün etdiyini də deyib. Ona 7 il həbs cəzası verilib.


metbuat.az.