METBUAT.AZ

Dünya

Almaniya Kiyevə yardımı buna görə azaldıb -

26 Avqust 2024 17:02

Olaf Şolts hökuməti Ukraynaya kömək etmək üçün büdcə xərclərini kəskin azaldıb.

Metbuat.az xarici mediaya istinadən bildirir ki, bu məlumat Ukraynanın Kursk vilayətində hücuma başlamasından sonra ortaya çıxsa da, bu hadisələr arasında heç bir əlaqə yoxdur. Bu barədə rus əsilli alman siyasi ekspert Sergey Sumlenni danışıb.

Təhlilçi əmindir ki, Almaniya yardımının azaldılması Almaniyadakı daxili siyasi böhranın nəticəsidir və Ukraynanın Kursk əməliyyatına görə “cəzası” deyil.

“Bunun Ukraynanın Kurska hücumu ilə heç bir əlaqəsi yoxdur, baş verənlər böyük ayıbdır, lakin buna Ukrayna səbəbkar deyil”, - o vurğulayıb.


metbuat.az.