20 Avqust 2024 08:53
Litva 2027-ci ilin sonuna kimi 4000-ə qədər döyüşə hazır alman əsgərinin yerləşəcəyi hərbi bazanın tikintisinə başlayıb. Bu, İkinci Dünya Müharibəsindən sonra alman qoşunlarının başqa bir ölkədə ilk daimi yerləşdirilməsi olacaq.
Metbuat.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Litva Silahlı Qüvvələrinin komandanı Raymundas Vaiksnoras ölkənin yaxın üç il ərzində baza üçün 1 milyard avrodan çox vəsait xərcləyəcəyini təxmin edir:
"2,9 milyon əhalisi olan və iqtisadiyyatı Almaniyanın onda biri böyüklüyündə olan bir ölkə üçün bu, böyük investisiyadır".
Litvanın paytaxtı Vilnüs yaxınlığında və Rusiyanın müttəfiqi Belarusdan cəmi 20 km aralıda yerləşən Rudninkay bazasında 4000-ə qədər hərbçi, tanklar və digər avadanlıqlar, anbar və s. yerləşdiriləcək.