METBUAT.AZ

İdman

Amrabat İstanbula gəlir -

30 Avqust 2024 16:22

"Fiorentina" forması geyinən mərakeşli futbolçu Sofian Amrabat bu gün özəl təyyarə ilə İstanbula gələcək.

Metbuat.az bildirir ki, bu barədə "Fənərbağça" klubu məlumat yayıb. İstanbul təmsilçisi oyunçu ilə anlaşıb və futbolçu bu gün tibbi müayinədən keçəcək.

Klub 28 yaşlı futbolçunu məcburi satın alma bəndi ilə icarəyə götürəcək.

Qeyd edək ki, Sofian Amrabat ötən mövsümü "Mançester Yunayted"də keçirib.


metbuat.az.