22 Avqust 2024 13:05
Quba Regional Perinatal Mərkəzində doğuş zamanı ana və körpəsi ölüblər.
Metbuat.az APA-ya istinadən xəbər verir ki, Xaçmaz rayonunun Hülövlu kənd sakini 2000-ci il təvəllüdlü Nəsirova Samirə Bəhruz qızı doğuş üçün Quba Regional Perinatal Mərkəzə gətirilib. Əməliyyat zamanı o və dünyaya gələn köprəsi vəfat ediblər.
Bu, S.Nəsirovanın ikinci hamiləliyi olub, onun 3 yaşında övladı var.
Faktla bağlı araşdırma aparılır.