METBUAT.AZ

İdman

Ançelotti hücum xəttini qurdu -

12 Avqust 2024 20:53

"Real Madrid"də çıxış edən Arda Gülerlə Kilian Mbappenin məşqdə uğurlu oyun nümayiş etdirməsi diqqət çəkib.

Metbuat.az xəbər verir ki, baş məşqçi Karlo Ançelotti məşq zamanı məşqdə Arda Gülər - Vinisius Junior - Kilian Mbappe üçlüyünü forvard mövqeydində birlikdə oynadıb. Məşqdə Mbappe Ardanın ötürməsi ilə qol vurub. “Defensa Central”ın xəbərinə görə, qoldan sonra Arda Gülərin yanına gələn Kilian Mbappe ona "Çox istedadın var, məni təəccübləndirdin" deyə bildirib.

Arda və Mbappenin bir-biri ilə meydanda yaxşı anlaşmasından sonra onların rəsmi oyunlar zamanı da birlikdə oynayacağı irəli sürülüb.


metbuat.az.