METBUAT.AZ

İdman

Ançelottinin 4 qurbanı arasında Arda da yer aldı -

13 Avqust 2024 14:12

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti yeni mövsüm üçün əsas heyətdə yer alacaq futbolçuları müəyyən edib.

Metbuat.az xəbər verir ki, o, bəzi istedadlı futbolçuların start 11-də oynamayacağına qərar verib. İspan mətbuatının məlumatına görə, Ançelotti Ardaya da əsas heyətdə yer verməyəcək. Ançelottinin “Atalanta” ilə qarşılaşacaq Superkubok oyunu üçün 11-liyi onun yeni mövsümdə istifadə edəcəyi heyət olacağı deyilir. Ançelottinin “Atalanta” ilə oyunda aşağıdakı 11 ilə oynayacağı deyilir:

Kurtua, Karvaxal, Mendi, Militao, Rüdiger, Valverde, Modriç, Çuameni, Bellinqhem, Vinisius, Mbappe.

İtalyan məşqçinin Superkubok finalında rəqibi ilə ötənilki 4-4-2 taktikası ilə oynayacağı və Bellinqhemin yerini qoruyacağı qeyd edilib. Heyətdə Rodriqonun da yer almayacağı deyilir. Üstün formada olmalarına baxmayaraq, Arda Güler, Brahim Diaz və Endrik də əsas heyətdə yer almayacaq. Digər tərəfdən, bu üç futbolçu mövsüm boyu start 11 oyunçu kimi qəbul edilməsə də, başqa komandalara icarəyə verilməyəcək. Rodriqo isə başqa kluba transfer ola bilər.


metbuat.az.