19 Avqust 2024 09:44
"Apple" şirkəti iPad bənzəri ekranı olan və eyni zamanda 360 dərəcə dönə bilən robot istehsal etməyə hazırlaşır.
Metbuat.az bildirir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Qeyd edilir ki, ağıllı ev nəzarəti, video konfranslara qatılma və təhlükəsizlik kameralarını izləmək kimi funksiyaları yerinə yetiə biləcək robot üzərində hazırda yüzlərlə işçidən ibarət heyət çalışır.
Robot üzərində çalışmaların iki ildir davam etdiyi deyilir və son zamanlarda iş daha da sürətləndirilib. Robot "Siri" tapşırıqlarına asanlıqla cavab verə biləcək və süni intellekt əsasında çalışacaq. Məsələn, səsli bir tapşırıqla cihazın ekranını özünüzə çevirə biləcəksiniz.
Sözügedən layihə şirkətin direktor yardımçısı Kevin Lynch tərəfindən idarə edilir və 2026-2027-ci illərdə yekunlaşması gözlənilir.