METBUAT.AZ

İdman

Arda niyə məşqə maska ilə çıxıb? -

22 Avqust 2024 10:14

Arda Gülerin "Real Madrid"in məşqi zamanı taxdığı maska sosial mediada müzakirələrə səbəb olub.

Metbuat.az xəbər verir ki, La Liqanın ilk həftəsində "Malyorka" ilə heç-heçə edən "Real Madrid" "Real Valyadolid"lə oyuna hazırlaşır. İspaniya nəhənginin məşqində Ardanın maska taxdığı müşahidə edilib. Bildirilir ki, bu maska oksigen təmin etməkdən daha çox inkişaf etmiş xüsusiyyətlərə malikdir. Bildirilir ki, tibbi heyət zədələri azaltmaq və problemi minimuma endirmək üçün tədbirlər görür. Həkim qrupu hər bir futbolçunun sağlamlıq vəziyyəti ilə bağlı həssas məlumatları ehtiva edən hesabat hazırlayır. Bu məlumatlar əsasında oyunçular üçün fərdi olaraq xüsusi məşqlər planlaşdırılacaq.

Futbolçuların zəif tərəflərini göstərən bu cihaz sayəsində fiziki məşqçi problemləri həll edə biləcək.


metbuat.az.