METBUAT.AZ

İdman

Arda üçün əla fürsət -

14 Avqust 2024 16:17

İspaniyanın "Real Madrid" klubunda forma geyinən braziliyalı futbolçu Rodriqo klubu tərk edə bilər.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, futbolçunun İngiltərənin "Mançester Siti" klubu ilə danışıqlara başladığı bildirilir. "Şəhərlilər" futbolçunun keçidini bu yay həll etmək istəyirlər, "Real" isə transferin gələn mövsüm reallaşmasında maraqlıdır.

Qeyd edək ki, Rodriqo "Real"da türk futbolçu Arda Gülərlə eyni mövqedə oynayır. Onun mümkün transferi Ardanın əsas heyətdə daha çox oyun keçirməsinə səbəb ola bilər.


metbuat.az.