METBUAT.AZ

İdman

Ardanı ehtiyatda saxlayacaq super ulduz gəlir -

29 Avqust 2024 21:08

“Real Madrid” "Bayer Leverkuzen"in futbolçusu Florian Virtsi transfer etmək istəyir.

Metbuat.az xəbər verir ki, “Real” yarımmüdafiəçilər Luka Modriç və Daniel Sebalos gələn mövsüm klubdan ayrılacağını hesab edir. Florian Virts yarımmüdafiədəki boşluğu aradan qaldıra bilər. “Relevo”nun məlumatına görə, Virts Modriçi uğurla əvəzləyə bilər. Futbolçu ilə “Bavariya” klubunun da maraqlandığı deyilir. Lakin futbolçunun “Real” üstünlük verdiyi barədə iddialar var. İddialara görə, “Real” futbolçunu bu mövsüm transfer etmək üçün səy göstərə bilərmiş. Lakin yarımmüdafiədə futbolçuların say çoxluğu “Real”ın bu hərəkatı təxirə salmasına səbəb olub.

Florian Virtsin transferi Arda Gülerin əsas heyətə düşməsini çətinləşdirə bilər. Hazırki vəziyyətdə Arda Güler Modriçi qabaqalayaraq əsas heyətə düşə bilir.


metbuat.az.