7 Avqust 2024 17:26
"Real Madrid"in ABŞ-də keçirdiyi bütün yoldaşlıq görüşlərində heyətdə olan türk futbolçu Arda Gülərin "Çelsi" ilə görüşdə heyətdən kənar qalması zədə iddialarını ortaya atıb və türk azarkeşlərini qorxudub.
Metbuat.az xəbər verir ki, İspaniya mediası Karlo Ançelottinin Ardanı niyə heyətdən kənnar saxladığının əsl səbəbini açıqlayıb. Belə ki, Klubun yeni transferi Endrik və Arda Gülər ard-arda çıxdıqları matçlarda yükləniblər və zədə ehtimalları yaranıb. Ardanın daha əvvəl bir neçə zədə aldığını da nəzərə alan Ançelotti onları meydana buraxaraq risk almaq istəməyib.
Hər iki futbolçunun hazırda heç bir zədəsinin olmadığı qeyd edilib.
Xatırladaq ki, Arda Gülər İspaniya təmsilçisinə transfer edildiyi ilk aylarda ardıcıl zədələrlə yadda qalmışdı.