METBUAT.AZ

Hadisə

Ata ağır yaralandı, oğlu öldü -

17 Avqust 2024 23:32

Xaçmazda qətl törədilib.

Metbuat.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, gecə saatlarında ata və oğlu bıçaqlanıb. Ata ağır xəsarətlər alıb, oğlu isə dünyasını dəyişib.

Rayon Prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı 34 yaşlı Şəhram Manafzadənin rayonun Tel kəndi ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yetkinlik yaşına çatmayan şəxsə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsi, sonuncunun atası Nurlan Məmmədrəhimova isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisədə xəsarət alan Ata isə xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə və iki şəxsi qəsdən öldürməyə cəhd maddələrilə cinayət işi başlanıb. Şəhram Manafzadə iş üzrə şübhəli şəxs qismində tutulub.

Daha ətraflı videoda:



metbuat.az.