METBUAT.AZ

Maraqlı

Avqustun sonu üç bürcü əsl sürpriz gözləyir

25 Avqust 2024 00:31

Avqust ayı bəzi bürclərə romantik vədlər verir. Xüsusən avqustun son ayında bu 3 bürcü yeni eşq sürprizi gözləyir.

Metbuat.az lent.az-a istinadən ay sonu üçün maraqlı proqnozu təqdim edir.

Qoç - Avqust ayının son həftəsində sizi romantik macəralar gözləyir. Həyat həm subay, həm də evli qoçlara sevgi və sevinc bəxş edəcək. Romantik axşam keçirmək və ya səyahətə çıxmaq fürsətini qaçırmayın.

Əkizlər – Bu bürcün nümayəndələri avqustun sonunda güclü duyğuların əsirinə çevriləcək. Partnyorunuzla sevgi və ehtirasla dolu bir həftə yaşayacaqsınız.

Xərçənglər üçün yayın son ayının son həftəsi sevgi və münasibətlər baxımından daha uğurlu olacaq. Mübahisələrdən, mənasız cəhdlərdən çəkinsəniz, həyatınızın eşqini tapacaqsınız.


metbuat.az.