METBUAT.AZ

İdman

Avropa nəhəngləri türk ulduzu istəyir -

10 Avqust 2024 10:39

Türkiyədə artıq çempionatın başlamasına baxmayaraq, "Beşiktaş"da surpriz ayrılıq yaşana bilər.

Metbuat.az "SporX"ə istinadən xəbər verir ki, Avropanın bir çox klubu İstanbul təmsilçisində forma geyinən gənc oyunçu Semih Kılıçsoyun transferində maraqlıdır.

Son olaraq Bundesliqa klublarından "Borussiya Dortmund" və "Leipzig" futbolçuyla maraqlanmışdl və 12-15 milyon avro civarında təkliflər var idi.

Daha bir təklif isə Hollandiyanın "Ayaks" klubundan gəlib. Klubun 18 yaşlı futbolçu üçün yaxın günlərdə "Beşiktaş"a təklif göndərəcəyi bildirilib.


metbuat.az.