METBUAT.AZ

Dünya

Avropa ölkələri Rusiya raketlərini vura bilər -

29 Avqust 2024 14:55

Aİ ölkələrinin Ukraynanın hava məkanını qorumaq üçün hava hücumundan müdafiə sistemlərindən istifadə etməsi onları münaqişə tərəfi etməyəcək.

Metbuat.az bildirir ki, bunu “Politico” nəşrinə müsahibəsində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib. Kuleba Polşanın Ukrayna üzərindən raketlərin vurulmasında iştirak etməyə hazır olduğuna görə minnətdarlığını bildirib, lakin qeyd edib ki, bu cür hərəkətlər NATO-nun təsdiqini tələb edir, çünki Polşanın hava hücumundan müdafiə sistemi NATO sistemi ilə inteqrasiya olunub:

“Mən Polşanın müdafiə mexanizmləri yaratmaq istəyini şübhə altına almıram, lakin onlar bunu təkbaşına edə bilməzlər".

Kuleba digər ölkələrin Rusiya raketlərinin məhv edilməsində iştirakının onları müharibənin iştirakçısına çevirəcəyi və eskalasiyaya gətirib çıxaracağı arqumentini də “etibarsız” adlandırıb.


metbuat.az.