16 Avqust 2024 09:06
Avropada meymun çiçəyi xəstəliyinə ilk yoluxma halı qeydə alınıb.
Metbuat.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
İsveçdə çiçək virusunun yeni ştamına yoluxma faktı təsdiqlənib.
Bildirilib ki, bu hadisə Afrikada artan meymun çiçəyi epidemiyası ilə əlaqələndirilir. Həmin şəxsin Afrikada olarkən virusa yoluxduğu və hazırda müalicə aldığı məlum olub.
Qeyd edək ki, Konqo Demokratik Respublikasında meymun çiçəyi virusu qonşu ölkələrə sürətlə yayılır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu vəziyyətin ciddiyyətini nəzərə alaraq, son iki il ərzində ikinci dəfə qlobal ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan etməyə məcbur qalıb.