16 Avqust 2024 17:03
Avropada iflasını açıqlayan şirkətlərin sayı artıb.
Metbuat.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Məlumatda bildirilir ki, Avropa Statistika Ofisi (Eurostat) tərəfindən yayımlanan 2024-cü ilin aprel-iyun dönəminə dair hesabata görə, Avropa Birliyi ölkələrində şirkət iflasları yanvar-mart dönəmi ilə müqayisədə 3,1 faiz artıb.
Ən çox artım isə inşaat, maliyyə xidmətləri, tixarət və sənaye sahəsində qeydə alınıb.