METBUAT.AZ

İdman

Avropanın top komandaları siyahısında klublarımızın mövqeləri bəlli oldu

16 Avqust 2024 08:25

Avropanın top komandalarının reytinqi siyahısında dörd komandamız qərarlaşıb.

Metbuat.az xəbər verir ki, Azərbaycanın dörd klubu "Qarabağ", "Neftçi", "Sabah" və "Zirə" top klublar siyahısına adlarını yazdıra bilib. 279 xala malik "Qarabağ" Avropada 59-cu yerdə qərarlaşıb. "Neftçi" 19 xalla 245-cidir. Hesabında 15 xal olan "Sabah" 270-ci yerdədir. 338-ci olan "Zirə" 6 xala malikdir.

Qeyd edək ki, 400 klubun yer aldığı siyahıya "Real" başçılıq edir - 2 362 xal.


metbuat.az.