METBUAT.AZ

Maraqlı

Ay sonu şansı gətirəcək bürclər -

16 Avqust 2024 12:44

Astroloqlar avqustun sonu şansı gətirəcək üç bürcün adını açıqlayıblar. Onlar sözün əsl mənasında bütün məsələlərdə uğurlu olacaqlar ki, bu da onları çox xoşbəxt edəcək.

Metbuat.az xarici mediaya istinadən həmin bürcləri təqdim edir:

Şir

Xarizmatik Şirlər başqalarının, xüsusən də əks cinsin diqqətini çəkəcəklər. Buna görə də, bu bürcün tənha nümayəndələri taleyin onlara təyin etdiyi insanla qarşılaşa bilər. Sadəcə ətrafa baxmaq və insanlarla daha çox ünsiyyət qurmaq lazımdır. Ancaq ailə Şirləri vəsvəsələrdən çəkinməli, öz partnyorlarına sevgi və qayğı göstərməlidirlər. Bu yolla siz əlaqənizi gücləndirə və hətta yeni səviyyəyə çata bilərsiniz.

Oxatan

Oxatan üçün avqust üfüqlərin genişləndiyi ay olacaq. Sizi yeni çətinliklərin gözlədiyi başqa ölkəyə köçmək qərarına gələ bilərsiniz. Bu, asan olmaya bilər, amma çox keçmədən bunun sizin üçün daha yaxşı olacağını anlayacaqsınız. Yeni bir yerdə indi olduğunuz yerdən daha uğurlu ola bilərsiniz. Maddi vəziyyətinizi də yaxşılaşdıra bilərsiniz.

Tərəzilər

Avqust şəxsi həyatınızda sizə harmoniya bəxş edəcək. Ruh yoldaşınızla bütün münaqişələri həll edəcək və həyatdan həzz alacaqsınız. Astroloqlar deyirlər ki, bu müddətdə ətrafızındakılara bir az səbir və sevgi göstərmək lazımdır, o zaman hər şey düzələcək. Bundan əlavə, maddi olaraq yeni səviyyəyə çatmağınıza kömək edəcək maraqlı iş təklifi ala bilərsiniz.


metbuat.az.