METBUAT.AZ

Siyasət

Azad edilən ərazilərdəki seçki məntəqələrinin sayı artırılır

5 Avqust 2024 16:19

Daimi və müvəqqəti seçki məntəqələrinin hamısı səsvermə günü tam hazır olacaq.

Metbuat.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, 44 seçki məntəqəsi hazırda işğaldan azad edilmiş ərazilərdə fəaliyyətə başlayıb. Oradakı seçki məntəqələrinin sayı 55 olacaq.


metbuat.az.