METBUAT.AZ

İqtisadiyyat

​Azərbaycan Aİ-92 benzinin idxalına başladı -

15 Avqust 2024 22:04

Azərbaycan Bolqarıstandan Aİ-92 benzini idxal etməyə başlayıb.

Metbuat.az xəbər verir ki,İqtisadçıların fikrincə, idxala səbəb Rusiya Federasiyasından alınan Aİ-92 yanacağın azalmasıdır. Bu səbəbdən ölkəmiz alternativ ölkələrdən Aİ-92 yanacağını almalı olur. Aİ-92 yanacağınınbaşqa bir ölkədən də idxalı yanacağın qiymətinin dəyişməsinə zəmin yarada bilər?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a açıqlamasında xatırladıb ki, yanacağın qiyməti Tarif (Qiymət) Şurası tərəfindən müəyyənləşdirilir: Azərbaycan Bolqarıstandan Aİ-92 benzini idxalına başlayıb. İqtisadçıların fikrincə, idxala səbəb Rusiya Federasiyasından alınan Aİ-92 yanacağın azalmasıdır. Bu səbəbdən ölkəmiz alternativ ölkələrdən Aİ-92 yanacağını almalı olur. Aİ-92 yanacağınınbaşqa bir ölkədən də idxalı yanacağın qiymətinin dəyişməsinə zəmin yarada bilər?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a açıqlamasında xatırladıb ki, yanacağın qiyməti Tarif (Qiymət) Şurası tərəfindən müəyyənləşdirilir:

“Ölkəmizdə yanacağın qiyməti yaxın vaxtlarda qaldırıldı və yanacağın keyfiyyətinin artırılacağı bildirildi. Lakin yanacağın keyfiyyətinin artırılması avtomobil istifadəçilərinin ürəyincə deyil. Çünki vətəndaşların gəlirləri onu düşünməyə imkan yaratmır. İstehlakçılara keyfiyyət deyil, kəmiyyət önəmli olur”.

Onun sözlərinə görə, Azərbaycan neft ölkəsi olduğu üçün yanacaq idxalından asılı olmaya bilər:

“Azərbaycan Aİ-92 yanacağı ilə yanaşı, Aİ-95 yanacağını da idxal edir. Lakin ölkəmizdə fəaliyyət göstərən Heydər Əliyev adına Neft Emalı Zavodu əsaslı təmir edilir. O zavod tam gücü ilə çalışarsa, ölkəmiz Bolqarıstandan nəinki yanacaq idxal edər, əksinə, 5 Bolqarıstan boyda ölkəni yanacaqla təmin edər. Hətta Aİ-95 yanacağını daxili bazarı təmin edəcək səviyyədə istehsal edə bilər”.

Ekspert qeyd edib ki, ölkəmizdə yanacağın ucuzlaşması gözlənilə bilər:

“Ölkəmizdə yanacağın qiyməti sərbəst bazar qiyməti ilə tənzimlənmədiyi üçün Tarif Şurası tərəfindən ucuzlaşdırıla bilər. Bunun üçün isə gərək müəyyən səbəblər olsun. Əgər dünya bazarında yanacağın qiymətində ucuzlaşma olarsa, o zaman oxşar hal ölkəmizdə də baş verə bilər. Lakin ümumilikdə götürsək, yanacağın qiymətinin ucuzlaşma gözlənilmir”.

metbuat.az.