METBUAT.AZ

İdman

Azərbaycan güləşdə ilk medalını qazandı

8 Avqust 2024 21:21

Azərbaycan Parisdə keçirilən Yay Olimpiya Oyunlarında güləş yarışlarında ilk medalını qazanıb.

Metbuat.az xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov bürünc medal uğrunda Qırğızıstanı təmsil edən Amantur İsmayılovla qarşılaşıb.

Görüşdə 8:0 hesablı inamlı qələbə qazanan idmançımız bürünc medala sahib çıxıb.

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçilərinin yarışda qazandığı ilk və tək mükafat olub.


metbuat.az.