METBUAT.AZ

Ölkə

Azərbaycan Ordusunun mühəndis bölmələrinə tapşırıq verildi

28 Avqust 2024 19:05

2024-cü ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının bölmələrində sürücü-mexanik və sürücü heyətləri ilə toplanışlar keçirilir.

Bu barədə Metbuat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, toplanışlar zamanı hərbi qulluqçular qarşıya qoyulan tapşırıqların icrasında peşəkarlıq nümayiş etdirirlər:

"Plana əsasən keçirilən toplanışlarda əsas diqqət şəxsi heyətin döyüş hazırlığının təkmilləşdirilməsi, bilik və bacarıqlarının artırılması, eləcə də praktiki vərdişlərinin inkişaf etdirilməsinə yönəldilib".


metbuat.az.