METBUAT.AZ

İdman

Azərbaycan parataekvondoçusu bürünc medal qazandı -

29 Avqust 2024 22:17

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

Metbuat.az-ın məlumatına görə, K44 kateqoriyasında yer alan idmançı üçüncü yer uğrunda görüşdə tailandlı Thanva Kaenkhamla üz-üzə gəlib. Rəqibinə 12:3 hesabı ilə qalib gələn idmançımız bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, bu, Azərbaycanın Paris 2024 Yay Paralimpiya Oyunlarında ilk medalı olub.

Paralimpiada sentyabrın 8-də başa çatacaq.


metbuat.az.