METBUAT.AZ

İdman

Azərbaycan parataekvondoçusu finala yüksəldi -

30 Avqust 2024 21:53

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

Metbuat.az-ın məlumatına görə, K44 kateqoriyasında, 70 kq çəki dərəcəsində yer alan idmançı bu mərhələdə Javokhir Alikulovla (Özbəkistan) üz-üzə gəlib. Rəqibinə 7:2 hesabı ilə qalib gələn Xəlilov finala vəsiqə qazanıb. Bununla da parataekvondoçumuz ən azı gümüş medalı özü üçün təmin edib.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.


metbuat.az.