METBUAT.AZ

İqtisadiyyat

Azərbaycan şəkər ixracını 30%-dək artırdı

22 Avqust 2024 17:58

Azərbaycan bu ilin yanvar-iyul aylarında 19,7 milyon dollar dəyərində 25,8 min ton şəkər ixrac edib.

Metbuat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, şəkər ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 29,3% çoxdur.

Əlavə edək ki, hesabat dövründə şəkər ixracının qeyri-neft sektorununun ixracında xüsusi çəkisi 1,05% təşkil edib.


metbuat.az.