METBUAT.AZ

İdman

Azərbaycan XİN Zelim Kotsoyevi təbrik etdi

2 Avqust 2024 14:18

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) azərbaycanlı cüdoçu Zelim Kotsoyevi Parisdə keçirilən Olimpiya Oyunlarında qazandığı qələbə münasibətilə təbrik edib.

Metbuat.az xəbər verir ki, XİN bununla bağlı “X” sosial şəbəkəsində paylaşım edib.

“Cüdo üzrə ikinci Olimpiya çempionumuz Zelim Kotsoyevi möhtəşəm nailiyyəti münasibətilə ürəkdən təbrik edirik! Azərbaycanın dövlət himninin sədaları altında üçrəngli bayrağımızı hər zaman fədakarlıqla ucaldan bütün idmançılarımızla fəxr edirik!” – paylaşımda qeyd olunub.


metbuat.az.