METBUAT.AZ

Hadisə

Azərbaycanda ağır qəza:

11 Avqust 2024 16:11

Şəkidə baş verən ağır yol qəzasında iki nəfər ölüb, daha üç nəfər isə xəsarət alıb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Şəki rayonu Çayqaraqoyunlu kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan Zaqatala rayonu Mosul kənd sakini Ramin Abdullayevin idarə etdiyi “Opel” markalı minik avtomobil Həsən Ağahəsən oğlu Məhəmmədovun idarə etdiyi “Man” markalı yük maşınına çırpılıb.

Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan sürücü Ramin Abdullayev və avtomobildə olan bir nəfər qadın sərnişin hadisə yerində həyatını itiriblər. Qəzadan sonra avtomobildə sıxılmış vəziyyətdə qalan hər iki meyit FHN-nin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə hadisə yerinə çağırılmış həkim briqadasına təhvil verilib. Minik avtomobilində olan daha üç sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar isə Yevlax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.

Qeyd edək ki, qəza zamanı həyatını itirən Opel markalı avtomobilin sürücüsü Ramin Abdullayev Zaqatala rayon Polis Şöbəsinin əməkdaşıdır.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.


metbuat.az.